Yuxarı

Dünya iqtisadiyyatını dağılma təhlükəsi gözləyir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya iqtisadiyyatını dağılma təhlükəsi gözləyir

Beynəlxalq Valyuta Fondu (BVF) pandemiyadan sonra baş verən struktur problemlərini nəzərə alaraq proqnoz verir. 2020-ci ildə dünya iqtisadiyyatının 4,9% azalacağı açıqlaması isə vəziyyətin nə dərəcədə pis olduğunu göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Beynəlxalq Valyuta Fondunun dünya iqtisadiyyatı ilə bağlı proqnozunu azaldacağı haqda danışarkən deyib.

O bildirib ki, BVF pandemiya başlanan gündən etibarən bir neçə dəfə dünya iqtisadiyyatı ilə bağlı proqnozunu dəyişib:

“Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadiyyatı mart ayında pandemiyaya görə 2,2% azalmalı idi. Lakin vəziyyət daha da pisə doğru dəyişdi. Son proqnozlara baxsaq, vəziyyətin heç də yaxşı olmadığını görə bilərik. İndi dünya ümumi daxili məhsulunun ciddi azalacağı qeyd edilib. Hətta ən pis halda bu azalmanın 7,2% olacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, dünya iqtisadiyyatını dağılma təhlükəsi gözləyir. Yəni iqtisadi aktivlik azalacaq, iş yerləri qapanacaq, ticarət dövriyyəsi zəifləyəcək. Pandemiya dünya iqtisadiyyatına çox ciddi zərər vurdu. Bu zərər bir yox, bütün sahələrdə özünü hiss etdirir. Xüsusilə də turizm sektoru faktiki olaraq çöküb. Bu və bu kimi digər sahələrdə yaşanan problemlər dünya iqtisadiyyatının geriləməsinə gətirib çıxarıb”.

Tarix
2020.07.10 / 08:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla