Yuxarı

Ankara “Türk axını”nı istəmir - KİV

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara “Türk axını”nı istəmir - KİV

"ABŞ Yunanıstanı "Türk axını"ndan uzaqlaşdırmaq üçün Transanadolu qaz boru kəməri (TANAP) layihəsinə lobbi dəstəyi verir".

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Virtschafts Nachrichten" (DVN) qəzeti yazıb. Qəzetin məlumatına görə, "Türk axını" layihəsi Yunanıstanı AB ərazisində önəmli enerji mərkəzinə çevirəcək.

Yunanıstanın bu layihədən ildə 47 milyard kubmetr təbii qaz, 2 min iş yeri və 3-5 milyard dollar arası gəlir əldə edəcəyi bildirilib.

Məqalədə həmçinin ABŞ-ın enerji naziri Ernest Monizin TANAP layihəsinə verdiyi dəstək xatırlanıb və bu dəstəyin "Türk axını" üçün verilmədiyi iddia edilib.

Qəzet Yunanıstanın ABŞ üçün hansı önəm kəsb etdiyinə də aydınlıq gətirib:

"Yunanıstan NATO-nun cənub qolunu meydana gətirir. Görünür, Obama administrasiyası Yunanıstanın Avrozonadan çıxmaması üçün hər yola əl atacaq".

Alman qəzeti Türkiyənin "Türk axını" layihəsi ilə bağlı mövqeyini də analiz edib:

"Yunanıstan və Macarıstan xarici işlər nazirləri apreldə Budapeştdə toplanaraq "Türk axını"na dəstək verəcəklərini göstərən bəyanat imzaladılar. Bu sənədə Serbiya və Makedoniya xarici işlər nazirləri də imza atdı. Türkiyədən isə bu sənədi AB naziri Volkan Bozkır imzaladı. Ankaranın "Türk axını"na dəstək vermək üçün Budapeştə xarici işlər nazirini göndərməməsi qəribədir. Ankaranın bu addımı "Türk axını"na olan münasibətini ortaya qoymuş oldu. Türk rəsmilər TANAP-ın əhəmiyyətini tez-tez vurğuladıqları halda, "Türk axını" barədə heç nə demirlər".

Tarix
2015.04.30 / 10:08
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla