Yuxarı

10 min yeni iş yeri açılır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunan yazısında məlumat verib.

"Şahdəniz-2" layihəsinin iqtisadi əhəmiyyətindən danışarkən R.Abdullayev bildirib ki, həyata keçiriləcək tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsinin Azərbaycanda icra olunacağı xüsusi vurğulanmalıdır:

"Bu, ölkənin istehsalat və inşaat potensialını daha da artıracaq. 2018-ci ilədək layihə çərçivəsində iki platforma quraşdırılmalı, sualtı boru kəmərləri çəkilməli, Səngəçal terminalında texnoloji sahə artırılmalıdır. Bu məqsədlə Bakıdakı tikinti-quraşdırma meydançalarında texniki və texnoloji rekonstruksiya işləri aparılacaq, bir neçə gəminin texniki və funksional imkanları artırılacaq, "İstiqlal" və "Dədə Qorqud" qurğuları da təkmilləşdiriləcək. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün inşa ediləcək yeni unikal çoxprofilli gəminin Bakı Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılır. "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerlərinin açılmasına səbəb olacaq".

Tarix
2015.05.05 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla