Yuxarı

“Türk Axını məhz buna görə gecikir” – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyənin ortaq layihəsi olan Türk Axınının gecikməsinin əsas səbəbi Avropa Birliyi ilə Rusiya arasında olan hazırkı dumanlı vəziyyətdir.

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban bildirib. Ekspertin sözlərinə görə, ruslar izi azdırmaq üçün Türkiyənin qaz endirimləri məsələsini, hətta "erməni genosidi" məsələsini də boru kəmərinin çəkilişinin yubadılması ilə əlaqələndirirlər:

"Bu, sadəcə, gözdən pərdə asmaqdır. Avropa Komissiyası "Qazprom"a qarşı bir antimonopol iddiası qaldırıb və indi də Türk Axınına qarşı belə bir iddia da bulunmaqdadır. Niyəsi isə budur ki, Ukrayna üzərindən ildən-ilə Rusiya qazının tranziti azalır. Təkcə ötən il onun nəqli 79 milyard kub metrdən 62 milyard kub metrə qədər enib. AK hesab edir ki, 2019-cu ilə qədər rus qazının tranziti 50 milyard kub metrə qədər enə bilər. 2007-ci ildə isə bu həcm 120 milyard kubmetrə qədər idi. Yəni Ukraynanın qaz nəqletmə sistemi 2019-cu ildən sonra tamamilə Rusiya qazının təhlükəsiz və stabil daşınması üçün yetərlidir. Belə olan halda Rusiyanın marşrutu dəyişməsi yeni kapital xərclərinə getməsi, Avropadakı ölkələrin də yeni xərclərə salınması, onilliklər boyu ənənəvi qaz alıcılarına yeni şərtlərin diktə edilməsi sadəcə siyasi ambisiyalardan doğan bir istəkdir. Bu isə Avropa Birliyinin prinsiplərinə ziddir. İkincisi, Yunanıstanla AB arasında böyük problemlər yaşanır və bir ay içərisində onlara aydınlıq gətirilməlidir. Daha sonra isə Qərb-İran məsələsindən çox gözləntilər var. Bax, buna görə də Rusiyaya zaman gərəkdir. Moskva isə bunları ictimaiyət qarşısında sadə şeylərlə pərdələmək istəyir".

Tarix
2015.05.06 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla