Yuxarı

Pandemiya “Qara cümə”ni də vurdu - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pandemiya “Qara cümə”ni də vurdu - Ekspert

Bu gün dünyada “Qara cümə”dir. “Qara cümə”ni önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tətbiq edilməsidir. Maraqlıdır, görəsən pandemiya dünyada və ölkəmizdə builki “Qara cümə”yə təsir etdimi?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən ekspert Natiq Cəfərli bildirib ki, builki “Qara cümə” əvvəlki illərə nəzərən çox passiv keçir.

“Bildiyiniz kimi, “Qara cümə” anlayışı 1932-ci ildə ABŞ-da yaranıb və bir neçə il sonra bütün dünyada məşhurlaşıb. ABŞ-da hər il noyabr ayının dördüncü cümə günü milad alış-verişi mövsümünün başlanğıcı kimi qəbul olunur. Bu günü önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tədbiq edilməsidir.

Ölkəmizdə bu tendensiya hələ yenidir. Son beş-altı ildir geniş vüsət almağa başlayıb. Öz növbəsində bu gün ölkəmizdə də bir çox mağazalar, pərakəndə şirkətlər öz mallarını normal günlərə nəzərən daha ucuz qiymətə müştərilərə təklif edirlər.

Pandemiya alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Hazırda biz istər dünyada, istərsə də ölkəmizdə ən zəif “Qara cümə”nin şahidi oluruq. Müəyyən mənada onlayn satış bazarında aktivlik müşahidə olunsa da, Azərbaycan kimi birbaşa alış-verişə üstünlük verilən ölkələrdə passivlik müşahidə edilir”, - N.Cəfərli deyib.

Ekspertin sözlərinə görə, pandemiya ilə əlaqədar olaraq alıcılar daha çox təməl ehtiyaclarını almağa üstünlük verirlər:

“Hazırda alıcıların prioritetləri də dəyişib. İnsanlar əllərində olan sərbəst vəsaiti ya qənaət etməyə çalışır, ya da ilkin tələbat mallarına yönləndirməyə çalışır. Bu mənada deyə bilərəm ki, bu il “Qara cümə” zəif keçir”.

Tarix
2020.11.27 / 16:57
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla