Yuxarı

Bakı OPEK-in bu qərarını dəstəklədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barrel azaldılması və “OPEK plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0.5 mln. barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib.

Energetika Nazirliyindən Axar.az-a bildirilib ki, “OPEK plus” üzrə xam neft hasilatının yanvar ayında 0,5 mln. barrel artırılması qərarını Azərbaycan da dəstəkləyib.

Beləliklə, gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEK ölkələri 4,564 mln. barrel, qeyri-OPEK ölkələri isə 2,636 mln. barrel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvar ayında Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.

İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib ki, neftə tələbatın bərpasını zəiflədən pandemiyanın yeni dalğası vəziyyətində ən optimal tədbir yenə də hasilatın azaldılması üzrə koordinasiyalı fəaliyyətdir:

“Neft bazarında nikbinliyin irəlidə dayanıqlı olması bizim dəstəyimizdən asılıdır. Neftə tələbatın bərpasına əminlik yarandığı müddətədək təklifə nəzarət etməliyik. Bu baxımdan mövcud istehsal məhdudiyyətlərinin tədricən yumşaldılması və hasilatın mərhələli şəkildə artırılması yeni reallıqlar şəraitində bazarın canlanmasına, eləcə də balanslaşdırılmasına kömək edəcək.”

Çıxışda Azərbaycanın “OPEK plus” ölkələri tərəfindən imzalanmış tarixi razılaşmaya sadiqliyi bir daha vurğulanıb. Eyni zamanda, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi və 30 illik bir münaqişəyə son qoyulması ilə nəticələnən tarixi Qələbəsinin həm də əhəmiyyətli enerji infrastruktur layihələrinə təhdidlərə birdəfəlik son qoyduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, iclasda Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolu bu dəfə də Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman tərəfindən yüksək qiymətləndirilib. O, “OPEK plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın səylərini xüsusi vurğulayaraq, konstruktiv fəaliyyətə görə təşəkkür edib.

Xatırladaq ki, aprel ayının 12-də “OPEK plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna qədər 1,9 mln. barrel yumşaldılmasını, yəni ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu.

Tarix
2020.12.04 / 01:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla