Yuxarı

Ermənistana pul köçürmələri dayandırıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Contact" ödəniş sistemi arası kəsilməyən provokasiyalar ilə əlaqədar olaraq Ermənistan ərazisində fəaliyyət göstərən banklar və maliyyə təşkilatları ilə əməkdaşlığı dayandırıb.

Trend-in verdiyi xəbərə əsasən, bu barədə sistemin bu gün yaydığı məlumatında deyilir.

Məlumatda deyilir: "Tərəfdaşlar tərəfindən ödəniş sisteminin qaydaları və müqavilə öhdəliklərinin icra edilməməsi hallarının artması nəticəsində "Contact" sistemi hazırda Ermənistana pul köçürmələrini dayandırıb. Bu hal ölkədəki bütün tərəfdaşların şərtləri yerinə yetirənədək davam edəcək".

Tərəfdaşlardan birinin 2015-ci il aprelin ortalarında Dağlıq Qarabağ ərazisində icazəsiz ilk ödənişindən sonra "Contact" sistemi tərəfindən əlavə zəmanətlər və bu ərazidə sözügedən sistemin pul köçürmələri xidmətinin moratoriumuna əməl edilməsinin rəsmi təsdiqi tələb olunub. Müəyyən edilmiş müddət ərzində zəmanətlər təqdim edilmədiyinə görə, Ermənistan ərazisində bütün tərəfdaşların fəaliyyəti tamamilə dayandırılıb.

"Contact" sistemi Azərbaycanın Mərkəzi Bankı ilə işçi vəziyyətdədir.

Məlumatda deyilir: ""Contact" ödəniş sistemi bir daha vurğulayır ki, Azərbaycanın bütün qanunverici tələblərinə məsuliyyətlə yanaşır və onları qeyd-şərtsiz yerinə yetirir".

Sistemin məlumatında həmçinin bildirilib ki, "Contact" Azərbaycan bankları ilə əməkdaşlığı yüksək qiymətləndirir, baş vermiş hadisənin iştirakçı banklar və sistem arasındakı münasibətə təsir etməyəcəyinə ümid edir.

Tarix
2015.05.22 / 13:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla