Yuxarı

İndi əmək haqlarını ödəmək daha rahat olacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndi əmək haqlarını ödəmək daha rahat olacaq

Kiçik və orta sahibkarların etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı iş adamlarının fəaliyyət imkanlarını genişləndirmək üçün məhsul şərtlərini dəyişib.

Axar.az xəbər verir ki, bank özünün “Əmək haqqı layihəsinə dəstək” kredit məhsulunu yeni şərtlərlə müştərilərə təqdim edib. Bu məhsul kiçik və orta sahibkarların əmək haqqı xərclərinin maliyyələşdirilməsini nəzərdə tutur. Belə ki, işçilərinin əmək haqlarının ödənişi üçün təcili vəsaitə ehtiyacı yaranan sahibkarlar bu vəsaiti qısa zamanda Azərbaycan Beynəlxalq Bankından əldə edə bilərlər.

Kreditin özəllikləri:

- Məbləğ: 5000 AZN-dən 350000 AZN-dək;

- Müddət:12 ayadək;

- İllik faiz dərəcəsi: 12%-dən başlayaraq.

Bu kredit məhsulunun daha bir üstünlüyü ondan ibarətdir ki, kreditin əldə edilməsi üçün əlavə maliyyə təhlilinə ehtiyac yoxdur. Kredit müştərinin son 6 aylıq ardıcıl əmək haqqı fondunun müvafiq göstəriciləri nəzərə alınmaqla ayrılır. Müştəri ödəniş qrafikini özü müəyyənləşdirir. “Əmək haqqı layihəsinə dəstək” krediti haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar.

Bu imkandan hər bir kiçik və orta sahibkar faydalana bilər. Digər bankların əməkhaqqı layihəsinə qoşulmuş müştərilərin də bu kreditdən faydalanmasına şərait yaradılır. “Əmək haqqı layihəsinə dəstək” krediti üçün Azərbaycan Beynəlxalq Bankının bütün filiallarına müraciət etmək mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının faydalı və universal məhsul və xidmətləri, həmçinin Sahibkarlar Klubunun imtiyazlı üzvlüyü barədə məlumatları bankın 41 filial və 35 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Tarix
2021.01.15 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla