Yuxarı

UNİBANK-dan daha bir yenilik

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
UNİBANK-dan daha bir yenilik

Cəmi bir neçə saniyə ərzində kredit borcunuzu öyrənmək istəyirsiniz? Həm də bank filialına getmədən, telefonda gözləmədən. Elə isə Unibank-ın Müştəri Xidmətlərində etdiyi yenilikdən faydalanın.

Artıq müştərilər öz kredit borclarını Unibank-ın 117 məlumat mərkəzinə zəng edərək, operatorun cavabını gözləmədən öyrənə bilərlər. Bunun üçün sadəcə 117 nömrəsini yığıb, dil seçimi etdikdən sonra, 2 düyməsini ("kredit borcu haqqında məlumat") seçmək lazımdir. Müştəri öz kodunu daxil etdikdən sonra, kredit borcu haqqında aşağıdakı məlumatları dinləyə biləcək:
Kreditin verilmə tarixi və məbləği;
Əsas məbləg üzrə borc;
Bu günə hesablanmış faiz üzrə borc;
Bu günə ödənilməli məbləğ;
Sonuncu ödənişin tarixi və məbləğ.

Müştəri öz kodunu 117-yə zəng edərək operatordan öyrənə bilər.

Qeyd edək ki, 117 məlumat mərkəzi həftənin 6 günü, səhər saat 09.00-dan axşam 22.00-dək xidmət göstərir. Unibank müştəriləri günün istənilən vaxtı, ölkənin bütün ərazisindən 117 nömrəsinə zəng edərək, bankın xidmət və məhsulları haqda məlumat ala bilirlər.

Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az ) əldə etmək olar.

Tarix
2015.06.05 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla