Yuxarı

Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq aldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq aldı

Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Axar.az xəbər verir ki, agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi “Ba3” səviyyəsində, kredit ödəmə qabiliyyəti reytinqini (BCA) “b1” səviyyəsində təsdiqləyib. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə “neqativ”dən “pozitiv”ə yüksəlib. Agentliyin hesabatında bildirilir ki, bu dəyişiklik yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.

“Kapital Bank-ın BCA reytinqinin “b1” səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə “Ba3” səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2020-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 3,3% təşkil edib (2019-cu ilin sonuna – 4,6%). 2020-ci ilin sonuna 22.3% TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır”, - deyə hesabatda qeyd olunur.

Həmçinin, Moody’s-in rəyində Kapital Bank-ın kredit portfelinin bir neçə ildir ki, digər banklarla müqayisədə daha keyfiyyətli olduğu bildirilir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2021.04.14 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla