Yuxarı

“Rabitəbank”ın sədri dəyişdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rabitəbank”ın sədri dəyişdi

Rabitəbank ASC-nin Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyəti tərkibində dəyişiklik baş tutub. Belə ki, 3 may 2021-ci il tarixindən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası Sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb.

Bankdan Axar.az-a verilən məlumata görə, sözügedən vəzifədə çalışan Elçin Qədimov isə bundan sonra fəaliyyətini İdarə Heyəti Sədrinin birinci müavini olaraq davam etdirəcək.

1993-cü ildən bəri təsis edilmiş “Rabitəbank” hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla ölkəmizin 10 aparıcı bankların sırasına daxildir. Bankın bu il və növbəti illər üçün strateji hədəfi bazarda mövqeyini gücləndirməklə gəlirliliyini artırmaq, müştərilərə xidmət keyfiyyətini yeni səviyyəyə qaldırmaq, başda biznes prosesləri olmaqla əsas maliyyə əməliyyatlarını rəqəmsal bankçılığa keçirməkdir. Bank bu istiqamətdə prosesləri uğurla davam etdirir, yeni inkişaf strategiyasını reallaşdırır. Bu, özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərində, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir.

Rabitəbank ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Tarix
2021.05.03 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla