Yuxarı

Cabbarov Danimarka səfiri ilə görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cabbarov Danimarka səfiri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarkanın ölkəmizə yeni təyin olunmuş qeyri-rezident səfiri Danni Annanla görüşüb.

Axar.az xəbər verir ki, M. Cabbarov səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Danimarka ilə əlaqələrin genişlənməsində maraqlı olduğu, əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsinin önəmi qeyd olunub. Ticarətin ölkələrimiz arasında tərəfdaşlığın əsas istiqamətlərindən olduğunu bildirən nazir ötən il Azərbaycan və Danimarkanın ticarət dövriyyəsinin 2019-cu ilə nisbətən 2 dəfədən çox artdığını diqqətə çatdırıb, ölkəmizdə Danimarkanın “Carlsberg”, “Maersk” kimi transmilli şirkətlərinin fəaliyyətini qeyd edib.

İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, qeyri-neft sektorunun və rəqəmsal iqtisadiyyatın inkişafı, ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verib, Danimarka şirkətlərini Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, nəqliyyat-logistika potensialından yararlanmağa dəvət edib.

Səfir Danni Annan ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb, diplomatik fəaliyyəti dövründə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə səy göstərəcəyini bildirib.

Görüşdə iqtisadi tərəfdaşlığın inkişafı imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tarix
2021.06.15 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General

General: Heydər Əliyev bu istiqamətdə hücumu seçdi

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla