Yuxarı

Ödənişləri mobil tətbiqlə et, 10% kəşbək qazan!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ödənişləri mobil tətbiqlə et, 10% kəşbək qazan!

Azərbaycan Beynəlxalq Bankı IBA Mobile tətbiqinin istifadəçiləri üçün sərfəli bir kampaniyaya start verib. Kampaniya dövründə IBA Mobile tətbiqi üzərindən ilk dəfə ödəniş edərək və məhz kommunal, stasionar telefon, TV və ya internet ödənişlərini həyata keçirən müştərilər bu ilk ödəniş üzrə bir dəfə 10% məbləğində kəşbək qazanacaqlar. Bu imkandan kampaniyanın elan edildiyi gündən etibarən 45 gün ərzində faydalanmaq mümkündür.

Axar.az xəbər verir ki, kampaniyadan IBA Mobile tətbiqində qeydiyyatdan keçmiş hər kəs, o cümlədən Bankın müştərisi olmadan istifadə edən şəxslər də yararlana bilər. Kəşbəklər hər istifadəçiyə maksimum 10 manatı keçməməklə verilir. Kəşbək məbləğləri kampaniya bitdikdən sonra 3 (üç) iş günü ərzində müştərinin kart hesabına köçürüləcək. Kampaniya barədə daha ətraflı məlumatı buradan əldə etmək olar.

Azərbaycan Beynəlxalq Bankının IBA Mobile tətbiqi gündəlik bank əməliyyatlarını sadə və sürətli şəkildə aparmağa imkan verən rəqəmsal bank xidmətidir. Bu tətbiqdən istifadə edərək bir çox bank əməliyyatlarını cəmi bir toxunuşla aparmaq mümkündür. Tətbiqi buradan mobil telefonunuza yükləyib bir çox üstünlüklərindən yararlana bilərsiniz.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.06.18 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Rəsmilərimiz Xameneinin vida mərasimi üçün Tehrandadır - Video

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla