Yuxarı

Əhalinin banklarda nə qədər pulu var? - Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhalinin banklarda nə qədər pulu var? - Rəsmi

Azərbaycanda əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri sentyabr ayında 3.1% (263.4 mln. manat) artaraq 8 milyard 663.6 mln. manat təşkil edib (2019-cu ilin oktyabr ayından ən yüksək göstərici).

Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankı məlumat yayıb.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 7.2 faiz azalaraq 43.6% təşkil edib.

2021-ci ilin yanvar-sentyabr aylarında banklar 505.6 mln. manat xalis mənfəət, 723.8 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

İlin əvvəlinə nəzərən cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 0.6 faiz azalaraq 5.5% təşkil edib.

Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1.7 faiz, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 1.9 faiz azalıb.

Tarix
2021.10.22 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla