Yuxarı

SOCAR şefi neft qiyməti təklif etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR şefi neft qiyməti təklif etdi

11:41

Dünya bazarında neftin ucuzlaşması səbəbindən SOCAR-ın bəzi layihələrin icrasında çətinliklər yaranıb. Lakin mühüm layihələrin icrası davam edir və davam etdiriləcək.

Axar.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbində təhsil ocağına qəbul olmuş tələbələrlə görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

SOCAR prezidenti qeyd edib ki, icrası dayandırılmayan vacib layihələrdən biri də Bakı Ali Neft Məktəbinin tikintisidir:

"Neftin qiyməti ensə də, biz Bakı Ali Neft Məktəbinin tikintisini dayandırmırıq. Bu ali məktəbin inşası sürətlə davam edir".

R.Abdullayev bu ilin sonunadək adıçəkilən ali məktəbin inşasının yekunlaşacağını deyib.

***

Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan əldə olunan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır.

APA-nın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir:

"Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir".

Tarix
2015.09.14 / 13:16
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla