Yuxarı

Evində dərs keçmək üçün şəraiti olanların diqqətinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evində dərs keçmək üçün şəraiti olanların diqqətinə!

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışının artırılması məqsədilə “Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları”nda tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər, eləcə də şəxsi mənzilində və ya digər müvafiq məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər müraciət edə bilərlər.

Müraciət edən şəxslərdən minimum tam orta təhsil səviyyəsi, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur. Namizədlər xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, təqdim etdikləri məkan isə təhlükəsizlik və sanitariya-gigiyena normalarına cavab verməlidir.

Təlim qruplarında 4-8 nəfər uşaq iştirak edəcək. Qrupların fəaliyyəti həftədə 4 gün, gündə 2-2,5 saat olmaqla təşkil ediləcək. Tədris prosesi oyunəsaslı və məktəbəhazırlıq yönümündə aparılacaq. Qrupların fəaliyyəti mentor və metodistlər tərəfindən mütəmadi dəstəklənəcək və monitorinq olunacaq.

Qeyd edək ki, qeydiyyat üçün son tarix sentyabrın 23-dür. Müraciət zamanı təqdim olunan məlumatlar qiymətləndirildikdən sonra növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət etmək istəyən şəxslər linkdə qeydiyyatdan keçə bilərlər.

Tarix
2026.09.18 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla