Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
00:24
| Ana səhifə Planet |
|
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir.
Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb.
Bəyanatda qeyd olunur ki, ilk Nobel mükafatlarının təqdim edildiyi 1901-ci ildə hər kateqoriya üzrə mükafatın məbləği 150 782 kron təşkil edib. Son 15 il ərzində mükafatın məbləğinə bir neçə dəfə yenidən baxılıb.
2012-ci ildə bu məbləğ 10 milyon krondan 8 milyon krona endirilmişdi. O vaxtdan bəri mükafatın məbləği üç dəfə artırılıb.
Builki Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək elan ediləcək.
|
Tarix
2026.09.18 / 23:22
|
Müəllif
Axar.az
|