Yuxarı

Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı

Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən olan doktor Müşfiq Hüseynovun Y-DNT testi nəticəsində ata xətti ilə Avropanın məşhur zadəgan və kral sülalələri ilə qohumluq əlaqəsi bəlli olub.

Axar.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu nəticəni Azərbaycan DNT Layihəsinin inzibatçısı, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə mütəxəssis Orxan Xansuvar öz Feysbuk səhifəsində yazıb.

Tədqiqatın nəticələrinə əsasən, həmyerlimizin genetik xətti E haploqrupunun V13 subkladının SK888 alt qolu kimi müəyyən edilib. Yaşı təxminən 3900 il olan bu subklad əsasən Cənubi Avropada və Balkan yarımadasında geniş yayılıb. Genetik xəttin Azərbaycana böyük ehtimalla Balkan miqrasiyaları dövründə gəldiyi ehtimal olunur.

Macarıstan Milli Araşdırmalar İnstitutunun 2022-ci ildə apardığı rəsmi arxeogenetik tədqiqatlar göstərir ki, XV əsrin məşhur sərkərdəsi Yanoş Hunyadi və onun oğlu, Macarıstan Kralı Matyaş Korvin ata xətti ilə məhz bu genetik ailəyə mənsubdur.

Bundan başqa, həmin mutasiyanın paralel qollarını Uinston Çörçill, Savoy İtaliya kral sülaləsi və Cüzeppe Qaribaldi kimi məşhur tarixi şəxsiyyətlər daşıyır.

Tarix
2026.09.19 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla