Yuxarı

İşdən əlavə pul qazanmağın – Qızıl yolları

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşdən əlavə pul qazanmağın – Qızıl yolları

İş yerini tərk etmədən də əlavə gəlir əldə etməyin alternativ metodları var.

Axar.az Fins.az-a istinadən 9 qızıl mənbəni təqdim edir:

1. Məsləhət verin

Əgər mütəxəssisi olduğunuz hər hansı bir sahə varsa, o sahədə məsləhət verə bilərsiniz. İstər şirniyyat istehsalı, istər bağbanlıq, istərsə də gözəllik məhsulları, sevərək gördüyünüz və özünüzə güvəndiyiniz hər sahədə başqalarına xidmət göstərə bilərsiniz. Üstəlik vaxtı da özünüz tənzimləyərsiniz.

2. İnternet vasitəsilə satış

Əgər öz əllərinizlə nəsə düzəldə bilirsinizsə, bunu əlavə işə çevirə bilərsiniz. Bunun üçün tək etməli olduğunuz iş onlayn alış-veriş saytlarının birindən qeydiyyatdan keçib, əl işlərinizin keyfiyyətli şəkillərini sayta yerləşdirib müştərilərə satmaqdır.

3. Öyrədin

Əgər kiməsə nəsə öyrətməklə köməklik göstərmək istəyirsinizsə, bunu etməkdən çəkinməyin. Bunu etməklə daxilinizdə kəşf etmədiyiniz bir bacarığı üzə çıxarda bilərsiniz.

4. Evinizi kirayə verin

İstirahətdə olarkən, heç işləmədən belə istirahət xərclərinizi qarşılaya biləcəyinizi bilirdinizmi? Beynəxalq saytlar sayəsində evinizi həftəlik və ya günlük olaraq kirayəyə verməklə evdə olmadığınız müddətdə belə gəlir əldə edə bilərsiniz.

5. Sərbəst işləyin

Frilans işləmək artıq dəbdədir. Bu gün virtual dünyada hər yaş qrupu və hər səviyyədə iş görən frilansları tapmaq olar. Siz də özünüzü mütəxəssis saydığınız sahədə frilans işləyə bilərsiniz.

6. Ortaq olun

Vaxtınızı tam olaraq ikinci bir işə həsr edə bilmirsinizsə, başqa bir təşəbbüsə ortaq olun. Maddi olaraq edəcəyiniz yatırım sayəsində zamanınızın və enerjinizin az hissəsini xərcləyərək, gəlirli bir investisiyaya imza ata bilərsiniz.

7. Yerli məhsulları kəşf edin

Hər kəsin yaşadığı yerdə müxtəlif məhsullar vardır. Böyük şəhərlərdə olduqca nadir hallarda rast gəlinən, hətta insanlar tərəfindən tanınmayan bu məhsulları yeni insanlara təqdim etməklə və əcdadlarınızla bağlı olduğu mədəniyyəti daha çox insana tanıdaraq öz işinizi qura bilərsiniz.

8. Gizli müştəri olun

Alış-veriş edib, xidmət alıb, pul qazanmağın yolu gizli müştəri olmaqdan keçir. Özünüzü tanıdıb, əlaqə məlumatlarınızı saxlayın və ehtiyac olduğu anda gələn təklifləri dəyərləndirin.

9. Köhnə əşyalar ilə yeni gəlir yolları

Əgər əl işləriniz gözəl alınırsa, o zaman evdəki köhnə əşyalarınızdan müxtəlif əl işləri düzəldib, onları sataraq gəlirli bir biznes qura bilərsiniz.

Tarix
2015.11.22 / 16:26
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ceyhun Bayramov Yaponiyaya getdi

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla