Yuxarı

Neft şirkətləri üçün şok hesabat

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal istiləşmə ilə mübarizə neft və qaz üzrə ixtisaslaşan şirkətlərə 2,2 trilyon ziyan vuracaq.

Axar.az xəbər verir ki, bu sözlər "Karbon Traker İnşiyativ" təşkilatının hesabatında yer alıb. Təşkilat Parisdə BMT-nin iqlimlə bağlı sammitində temperaturun 2 dərəcədən yuxarı qalxmasının qarşısının alınması ilə əlaqədar razılıq əldə olunduqdan sonra neft şirkətlərinin bu itkiylə üz-üzə qalacaqlarını bildirib.

Hesabata əsasən, hazırda gələcək üçün perspektivi olmayan proyektlərə ən çox sərmayəni ABŞ (412 milyard dollar) yatırıb. Sonrakı yerləri isə Kanada (220 milyard dollar), Çin (179 milyard dollar), Rusiya (147 milyard dollar), Avstraliya (103 milyard dollar) tutur. Bundan başqa, hazırda yeni proyektlər üçün 1,3 trilyon dollar dəyərində investisiya artıq özünü doğrultmur. Eyni situasiya həmçinin qaz və kömür sahəsində də özünü göstərir. Qaz sahəsindəki 532 milyard, kömür sahəsində isə 219 milyard dollarlıq investisiya investorlar üçün heç bir nəticə verməyəcək.

Təşkilat həmçinin yaxın zamanlarda dünyanın yeni daş kömür şaxtalarına ehtiyacı olmayacağını bildirib. Qaz da investorların gösləntilərini puça çıxaracaq. Neftə olan tələbat isə 2020-ci ildə pik nöqtəsinə çatacaq.

Təşkilatın rəhbəri Ceyms Liton "Blumberq" agentliyinə açıqlamasında dünyadakı neft və qaz şirkətlərinin böyük itkilər verəcəyini bildirib:

"Çox az enerji şirkətləri hasilata investisiyanın yatırılmasını azaldıb, atmosferə qaz atılmasını aşağı salmağı başa düşür. Alternativ mənbələr artıq ənənəvi enerji mənbələrinə olan tələbatı azaldır. Bu trenddən imtina edilməsi konservativ enerji şirkətlərinin səhmdarlarına zərbə olacaq".

Tarix
2015.11.26 / 08:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla