Yuxarı

“Azersell”dən 10 minlik mükafat

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azersell”dən 10 minlik mükafat

Azərbaycanın bir sıra qabaqcıl şirkətləri, eləcə də ölkənin lider mobil operatoru "Azersell" Telekomun dəstəyi və ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 13-cü Azərbaycan Biznes Keys Yarışmasının (ABCC) qalibləri bəlli olub.

Axar.az xəbər verir ki, ADA Universitetində keçirilən final mərasimində 1-ci yeri – Azərbaycan Dövlət İqtisad Universiteti, 2-ci yeri – ADA Universiteti, 3-cü yeri – Qafqaz Universitetini təmsil edən iştirakçılar qazanıb. 50 komanda arasından yalnız bu 3 universitetin tələbələri final mərhələsində iştirak etmək şansı qazanıblar. Qalib komandalara ümumilikdə 10 500 AZN mükafat təqdim olunub. 1-ci yerin sahibi 6000 AZN, 2-ci yer 3000 AZN və 3-cü yer 1500 AZN ilə mükafatlandırılıb. Pul mükafatı ilə yanaşı, qaliblərə yarışmaya dəstək verən digər şirkətlər tərəfindən müxtəlif mükafatlar, hədiyyə kuponları, xüsusi səyahət və digər hədiyyələr təqdim edilib.

Qeyd edək ki, hər il olduğu kimi, qalib komandanın ən çox fərqlənən bir üzvünə "Azersell" şirkəti tərəfindən xüsusi təqaüd də təqdim olunub.

Məlumat üçün bildirək ki, Azərbaycan Biznes Keys Yarışmasına bu ilin sentyabrında 50 komanda iştirak üçün müraciət etsə də, sonrakı müsahibə mərhələlərində komandaların sayı 21-yə endirilib. Yarışmada ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti , Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Qafqaz Universitetinin tələbələri iştirak ediblər.

Qeyd edək ki, ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyi tərəfindən təşkil edilən yarışmanın əsası 2002-ci ildə qoyulub. İndiyə qədər 800-dən çox tələbə ABCC-də iştirak edib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

"Azersell" Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana "Azersell" gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən "Azersell" Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan "Azersell"in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna "Azersell" abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə "Azersell" 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. "Azersell" Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. "Azersell" dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Tarix
2015.12.10 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!

Bakıya kömək edənlərin “erməni soyqırımı” addımı... - Xaçikyan

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla