Yuxarı

“Neft qiymətində kəskin azalmalar gözlənilir” – Rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Neft qiymətində kəskin azalmalar gözlənilir” – Rəy

ABŞ və İranın Avropa bazarına çıxışı neftin qiymətinin yaxın müddətdə artmayacağından xəbər verməklə yanaşı yeni və daha kəskin qiymət azalmalarının olacağını da istisna etmir.

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov bildirib.

Ekspert dünyada neft hasilatı və təklifinin yüksək olaraq qalmasından narahatlığını ifadə edib:

"Birləşmiş Ştatlar gündə 7 milyon barrel neft idxal etməsinə baxmayaraq, okeanın o tayından köhnə qitəyə neft ixracı həyata keçirir, eyni zamanda, idxalın struktrunun da şaxələndirilməsinə nail ola bilib. 2008-ci ildən sonra gündəlik idxalını 7,8 milyon barrel azaldan Birləşmiş Ştatlara neft ixracında heç bir ölkə dominant deyil. ABŞ-a neft ixracında 12 faizlə ən yüksək paya malik olan Kanadanı 11 faizlə Səudiyyə Ərəbistanı və digər ölkələr izləyir. Deməli, idxalda praktik olaraq heç bir ölkədən asılı olmayan ABŞ Avropa bazarına çıxmaqla qiymətə diqtə edən gücdür".

İqtisadçı bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ bazarını itirməkdən ehtiyatlanaraq okeanın o tayından gələn müsiqi ilə "oynayır":

"ABŞ və İranın Avropa bazarına çıxışı neftin qiymətinin yaxın müddətdə artmayacağından xəbər verməklə yeni və daha kəskin qiymət azalmalarının olacağını da istisna etmir. OPEK-in iki aparıcı ölkəsi arasındakı gərginliyə baxmayaraq neft bazarındakı təklif təzyiqi qiymətlərin ciddi artmasına imkan verməyəcək. Qiymətlərin stabilləşməsi yalnız Sədiyyə Ərəbistanının dünya bazarına çıxış imkanlarının məhdudlaşacağı halda mümkündür".

Tarix
2016.01.04 / 18:48
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla