Yuxarı

Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Türkmənistan arasında qaz əməkdaşlığının dayandırılmasının siyasi səbəbləri var.

Bunu Axar.az-a politoloq İlqar Vəlizadə deyib.

Ekspertin sözlərinə görə, əslində, türkmən qazı "Qazprom" üçün rəqib idi: "Qazprom" Rusiyanın cənubunu öz qaz satışı ilə təmin etmək istəyir. Türkmənistan isə Rusiya-Ukrayna münaqişəsindən zərərçəkən tərəf idi. Çünki Aşqabad Rusiya vasitəsilə Ukraynaya qaz sata bilmirdi və getdikcə bu bazara maraq azaldı.

2009-cu ildən isə Çin türkmən qazının əsas alıcısına çevrildi. Türkmənistan Çinə 27 milyard kub metr qaz nəql edir. Hazırda 3-cü qaz boru kəməri çəkilir ki, bu xətt vasitəsilə 2020-ci ilə qədər Çinə qaz nəqli 55-60 milyarda çata bilər. TAPİ boru kəməri vasitəsilə türkmən qazı artıq Pakistan və Hindistana da ötürüləcək".

Politoloqun fikrincə, Türkmənistanın gələcək strateji layihələrində Rusiya nəql sistemindən istifadə perspektivi yoxdur: "İranla Türkmənistan arasında enerji layihələri var ki, türkmən qazının bir hissəsi də İran vasitəsilə Türkiyəyə çatdırıla bilər.

Reallıq ondan ibarətdir ki, Türkmənistan öz qazını Qərbə ötürməklə bir sıra problemlərini həll edəcək. Məhz buna görə də Rusiya indidən diqqətini Özbəkistana bazarına yönəltməyə başlayıb".

Qeyd edək ki, yanvarın 4-də "Qazprom" Türkmənistandan təbii qaz alışını dayandırıb.

Tarix
2016.01.06 / 10:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla