Yuxarı

Asiyadan Azərbaycandakı islahatlara ciddi dəstək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov fevralın 5-də Asiya İnkişaf Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüşüb.

AzərTac xəbər verir ki, Bankın Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən xanım Keti Culianın başçılıq etdiyi missiya ilə görüşdə ümumi makroiqtisadi vəziyyətin təhlili, makroiqtisadi sabitliyin qorunması istiqamətində islahatların müəyyən edilməsi, dövlətin iqtisadi islahatlarla əlaqədar orta və uzunmüddətli planları ilə bağlı məsələlər müzakirə olunub.

Natiq Əmirov bildirib ki, ölkədə iqtisadiyyatın dinamik inkişafı və maliyyə sistemində dayanıqlılığın təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş prinsipial siyasətin tərkib hissəsidir.

Xanım Keti Culian qarşıdan gələn dövrdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa ümid etdiklərini, ölkəmizdə həyata keçirilən ciddi iqtisadi və struktur islahatlarını dəstəklədiklərini və bu istiqamətdə mövcud imkanlar çərçivəsində lazımi dəstəyi əsirgəməyəcəklərini bildirib.

Tarix
2016.02.08 / 18:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla