Yuxarı

Prezidentin köməkçisi Fransa səfiri ilə görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov fevralın 9-da Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşezlə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycanda mövcud iqtisadi vəziyyət, iqtisadi islahatlarla əlaqədar həyata keçirilən tədbirlər, Azərbaycan-Fransa iqtisadi əlaqələri, fransız investorların ölkəmizə daha geniş miqyasda cəlb edilməsi imkanları müzakirə olunub.

Natiq Əmirov Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi islahat konsepsiyasının həyata keçirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, dövlətimizin başçısının 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Apellyasiya şuralarının yaradılması biznes və sahibkarlıq mühitində şəffaflığın, obyektivliyin təmin olunması, iş adamlarının, o cümlədən yerli və xarici investorların hüquqlarının qorunması, iqtisadiyyatın şaxələndirilməsi və daha böyük sərmayələrin cəlb edilməsi üçün zəruri şəraiti təmin edəcəkdir. Prezidentin köməkçisi, həmçinin Fransa ilə iqtisadi əlaqələrin əhəmiyyətini qeyd edib, genişmiqyaslı əməkdaşlığın ölkələrimiz üçün qarşılıqlı faydalı olacağını vurğulayıb.

Xanım Orelia Buşez Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və inkişafı üçün geniş potensialın olduğunu bildirib, görülən tədbirlər sayəsində bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Həyata keçirilən iqtisadi islahatları dəstəklədiklərini, bu sahədə istənilən formada əməkdaşlığa hazır olduqlarını qeyd edən səfir fransız investorların Azərbaycanda biznes fəaliyyətinə daha geniş şəkildə cəlb edilməsində, Fransa-Azərbaycan Ticarət-Sənaye Palatasının ölkəmizdəki fəaliyyətinin genişləndirilməsi və daha da təkmilləşdirilməsində maraqlı olduqlarını bildirib.

Tarix
2016.02.10 / 01:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla