Yuxarı

Yeni neft quyusu 300 at gücü ilə qazıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni neft quyusu qazılıb.

ANS-in məlumatına görə, SOCAR-AQŞ (Abşeron Qazma Şirkəti) 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 823 m olan 28 saylı quyunun qazma işlərini başa çatdırıb. Tikinti işləri təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırılıb.

28 saylı quyuda qazma işlərinə 30 dekabr 2015-ci ildə başlanılıb. "Qərbi Abşeron’’ yatağında qazılan quyunun faktiki dərinliyi 820 metr təşkil edir. 20 saylı stasionar dəniz özülün qurğu rəisi Səyavuş Abdullayev bu quyunun özünəməxsus xüsusiyyətlərinin olduğunu dedi.

"28 saylı quyunun qazılmasında müəssisəmiz yeni avadanlıq-HH 300 qazma qurğusundan uğurla istifadə etmişdir. 300 at gücündə olan, tam avtomatlaşdırılmış və yığcam olan bu qurğu hidravlik olduğundan qazma baltasına əlavə olaraq 30 tona yaxın yük verə bilir", - deyə qurğu rəisi əlavə etdi.

Quyu gündəlik 20 ton neft hasilatlı ilə istismar fonduna qəbul edilib.

SOCAR-AQŞ-nin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, mənimsənilməsi, quyuların əsaslı təmiri və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli‘ ’yatağında yerləşən 11 saylı, "Qərbi Abşeron" yatağının 20 saylı və ‘’Ümid’’ yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) ‘qazma işləri aparır. Müəssisə, eyni zamanda ‘’Bulla’’ və ‘’Günəşli 7’’ yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.

Tarix
2016.02.10 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla