Yuxarı

Bakı neft zavodunda yeni müqavilə imzalandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Axar.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, tədbirlər çərçivəsində zavodun və onun kənar sahələrində infrastrukturun layihələndirilməsi üçün müəyyən torpaq tədqiqat işlərinin aparılması məqsədilə növbəti müqavilə imzalanıb.

Sənəd layihəçi "SOCAR-Foster Wheeler" Mühəndis Xidmətləri MMC (SFV) və PMC şirkət olan ''Fluor'' tərəfindən torpaq tədqiqat işlərinin aparılması üçün hazırlanmış tədbirlər toplusu əsasında ''SOCAR Fugro'' MMC ilə zavod arasında bu gün imzalanıb. Bu münasibətlə keçirilmiş mərasimdə müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və ''SOCAR Fugro'' MMC-nin baş direktoru Kris Mott imzalayıblar. Zavodun direktoru Elman İsmayılov, baş mühəndisi Nail Əmirov, ''SOCAR Fugro'' MMC-nin baş direktoru Kris Mott, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQENKK) baş direktorunun müavini Rauf Nağıyev imzalanan müqavilənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, müqavilə çərçivəsində zavod daxilində və ətrafında ilkin geotexniki, ətraf mühit, hidroloji - hidrogeoloji və geofiziki qrunt tədqiqatları aparılacaq, yekun olaraq hesabat və digər aidiyyəti sənədlər hazırlanacaq. Əldə olunacaq məlumatlar müvafiq layihəçi şirkətə təqdim ediləcək və layihənin növbəti mərhələlərində istifadə olunacaq. Bu işlərə "SOCAR Fugro" MMC ilə birlikdə SOCAR-ın Geologiya və Geofizika İdarəsinin də cəlb edilməsi vurğulanıb.

Xatırladaq ki, "SOCAR Fugro" MMC SOCAR-ın bir sıra layihələrində, o cümlədən Səngəçal terminalı ilə əlaqədar bütün layihələrdə, NQENKK-nın layihəsində podratçı qismində iştirak edib.

Tarix
2016.02.22 / 19:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla