Yuxarı

"Xudafərin sazişi" Azərbaycana nə verəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması ölkəmizə iqtisadi və siyasi faydalar verəcək.

Axar.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev AzTV-nin efirində deyib.

Onun sözlərinə görə, bu saziş Azərbaycan və İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərini, hər iki ölkənin "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının su və enerji resursları üzərində eyni hüquqa malik olduğunu elan edir. Sazişdə Azərbaycanın ərazi bütövlüyünün BMT-nin qətnamələrinə uyğun bərpa edilməsinin zəruriliyi də qeyd olunur.

İqtisadi cəhətə gəlincə, nazir əlavə edib ki, bu layihə Azərbaycan üçün çox sərfəlidir: "Bənd artıq tikilib başa çatdırılıb, yaxın vaxtlarda elektrik stansiyasının tikintisi yekunlaşdırılacaq, Azərbaycan İranla birgə bu layihəni idarə edəcək və reallaşdırılacaq. Elektrik enerjisinin satışından əldə edilən gəlir iki ölkə arasında bərabər bölünəcək".

Tarix
2016.02.26 / 19:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla