Yuxarı

TAP-ın tikintisi nə vaxt başlanır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
TAP-ın tikintisi nə vaxt başlanır?

TAP qaz kəmərinin tikintisinə may ayında başlanacaq

Bunu TAP-ın icraçı direktoru Yan Bradşou bildirib.

AzərTac xəbər verir ki, "Cənub Qaz Dəhlizi" layihəsinin Avropa hissəsini təşkil edən "Trans-Adriatik" qaz boru kəmərinin (TAP) inşasına mayın sonlarında başlanacaq. Bu barədə TAP-ın icraçı direktoru Yan Bradşou məlumat verib. O bildirib ki, kəmərin təməlinin qoyulması mərasimi Yunanıstanın Soloniki şəhərində keçiriləcək.

Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz)

Tarix
2016.03.01 / 01:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla