Yuxarı

Ekspert: “Mərkəzi Bank bundan sonra...”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni dəyişikliyə əsasən, Mərkəzi Bank bundan sonra sırf pul-kredit siyasəti ilə məşğul olacaq.

Bunu Mərkəzi Bankının hüquqi statusunun dəyişdirilməsi ilə bağlı Axar.az-a danışarkən iqtisadçı ekspert Samir Əliyev deyib. O, qarışlıqlı nəzarət baxımından Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərinin artırılmasını müsbət qiymətləndirib:

"Bu addımlar əslində ölkə prezidenti tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında verilən sərəncama əsasən atılır. Palata Qiymətli Kağızlar Komitəsinin bazasında yaradılıb. Yeni dəyişikliyə əsasən, Mərkəzi Bankın və Maliyyə Nazirliyinin bəzi səlahiyyətləri həmin palataya veriləcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas funksiyası nəzarət, tənzimləyici və lisenziyalaşma olacaq. Yəni banklara lisenziyanı bundan sonra yeni qurum verəcək. Eyni zamanda, bankların fəaliyyəti üçün yarı normativlərin hazırlanmasında da palata iştirak edəcək və bankların bağlanması məsələsi də artıq bu qurumun nəzarətindədir. Mərkəzi Bank isə bundan sonra sırf pul-kredit siyasəti ilə məşğul olacaq. Bu o deməkdir ki, MB nəzarət fəaliyyətini həyata keçirməyəcək. Qarşılıqlı nəzarət baxımından yeni palatanın yaradılmasını müsbət addım hesab edirəm".

Tarix
2016.03.04 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla