Yuxarı

MB manat üçün hərəkətə keçdi – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uçot dərəcəsinin 5 illik fasilədən sonra ilk artım ehtimalı nə qədər gözlənilirdisə, növbəti artım üçün ehtimalı da bir o qədər yüksək idi.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Samir Əliyev açıqlama verib. Onun sözlərinə görə, bundan sonra banklar Mərkəzi Bankdan illik 7 faiz dərəcəsi ilə mərkəzləşdirilmiş kreditlər alacaq:

"Mərkəzi Bank bu addımı ilə inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaq niyyətindədir. MB yaxın bir ildə pul kütləsini azaltmaqla qiymətləri tənzimləməyə çalışır. Hazırda pul kütləsi 2010-cu il səviyyəsindədir. İqtisadiyyatın həcmi isə həmin vaxtdan xeyli böyüyüb. Pul kütləsini indiki səviyyədə saxlamaq iqtisadi aktivliyi boğmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına böyük əngəl yaradır. Eyni zamanda, pul kütləsinin məhdudlaşdırılması bank sektoru və iqtisadiyyat üçün çətinliklər yaradır. Məhz buna görə də Mərkəzi Bank əlindəki digər alətləri istifadə etməyə başlayıb. Bu artım son deyil. Mərkəzi Bank il ərzində mərhələlərlə uçot dərəcəsini artıracaq. Hətta artımın ikirəqəmli həddə çatdırılması istisna edilmir. Ehtimal etmək olar ki, Mərkəzi Bank iqtisadi aktivliyi və manat kreditlərinə əlçatanlığı təmin etmək üçün pul kütləsini artırmaq niyyətindədir".

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə bu gündən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən olunub.

Tarix
2016.03.04 / 15:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan erməniləri “verməməkdə” ittiham etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Ermənistan qoşunları Göyçə gölü ətrafından çıxarılır

Prezident Berl Lazarı qəbul etdi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır

Tokayevdən XİN başçılarının Almatı görüşünə reaksiya

Əli Əsədov Məhərrəm Kılıçla görüşdü

Fransa Bakıda tam fiaskoya uğradı - Ekspert

İlham Əliyev müftiləri qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla