Yuxarı

Nazir: "Neftin qiyməti qalxacaq"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada neftin qiymətinin aşağı səviyyədə olması uzun müddət davam edə bilməz.

Trend-in məlumatına görə, bunu Energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?" mövzusunda keçirilən paneldə deyib.

N.Əliyev bildirib ki, neftin qiyməti neft istehsal edən ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.

Nazir deyib ki, hazırda neftin qiymətlərinin 4 dəfə aşağı düşməsi neft hasil edən ölkələr üçün yaxşı hal deyil. Onun sözlərinə görə, qiymətlərin çox yüksək olması da digər ölkələr üçün yaxşı hal deyil: "Hər tərəf üçün məqbul qiymətin olmasını istəyirik. Neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrin neft istehsalı ilə bağlı kəşfiyyat, hasilat işlərinə mənfi təsir edir. Bu da son nəticədə neft hasilatını azaldır. Ona görə də bu vəziyyət uzun müddət davam edə bilməz. Neftin qiymətləri tədricən artacaq. Müvafiq bir qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun. Neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsinlər".

Tarix
2016.03.11 / 11:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla