Yuxarı

“Yaxın dövrlərdə neft bahalaşmazsa...” – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2015-ci ildə neft hasilatını artırmış kimi görünsə də, növbəti illərdə hasilatın azalacağı ilə bağlı tendensiyalar özünü doğruldacaq.

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, Rusiya ötən il hasilatı artırılmaqla ölkəyə daxil olan valyutaların azalmasını kompensasiya etməyə çalışıb:

"Bir çox ənənəvi neft hasilatçısı olan ölkələrdə hasilatın azalması gözləniləndir. Rusiya 2015-ci ildə neft hasilatını artırmış kimi görünsə də, növbəti illərdə hasilat azalacaq. Ancaq bir məqam da var ki, neft yataqlarının üzə çıxması prosesi dövri olaraq davam edir. ABŞ-da şist neftinin (slans) hasilatının başlanması və bu neftin maya dəyərinin azaldılması istiqamətində işlər aparılır. Bu isə dünyanın neft hasilatçısı olmayan ölkələrdə belə yeni yataqların üzə çıxmasına səbəb ola bilər. Yəni dünya bazarlarında neft təklifinin qısa müddətdə azalmasını gözləmək doğru deyil. Təxminən 40-50 il bundan əvvəl dünya hesablamalarına görə, hazırkı dövrdə neft ehtiyatları tükənməli idi. Ancaq neft hasilatı artıb, dünyada olan neft ehtiyatları isə əvvəlki dövrlərlə müqayisədə daha çoxdur. Rusiyada bu istiqamətdə müəyyən işlər gedir. Hazırda Şimal Buzlu okeanında neft axtarışlarına Moskvanın imkanları çatmasa da, gələcəkdə bu prosesi davam etdirə bilərlər".

İqtisadçı hesab edir ki, hazırkı situasiyada neftin qiyməti qısa müddətdə bahalaşmayacaq:

"Əgər yaxın dövrlərdə neft bahalaşmazsa, bu sanksiyalardan sonra valyuta ehtiyatları sürətlə əriyən Rusiya üçün böyük bir geriləmənin başlanğıcı olacaq".

Qeyd edək ki, Rusiya Energetika Nazirliyinin 2011-ci ildə hazırladığı hesabatda bu ölkədə neft hasilatının 20 il sonra yarıbayarı azalacağı bildirilir.

Tarix
2016.03.12 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla