Yuxarı

Moody's ABB-nin reytinqlərini yüksəltdi!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moody's ABB-nin reytinqlərini yüksəltdi!

Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın yerli və xarici valyutada Uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsindən Ba2 səviyyəsinə qədər artırıb. Eyni zamanda, Bankın Kredit ödəmə (BCA) və Tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqlərini 1 pillə artıraraq b1 səviyyəsindən ba3 səviyyəsinə yüksəldib. ABB-nin reytinq proqnozu “Pozitiv” səviyyədə təsdiqlənib.

Reytinqlərinin yüksəlişi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital mövqeyi, həmçinin aktivlərinin yüksək likvidliyi, məhdud risklərə malik olması, problemli kreditlərinin azalması ilə əsaslandırılır. ABB-nin dövlət bankı olması da Agentlik ekspertlərinin Bankın gələcəyi barədə pozitiv rəyində mühüm rol oynayır.

Moody’s-in mövqeyinə görə, ABB ölkədə yaranan yeni iqtisadi imkanlardan, biznes üçün əlverişli şəraitdən, mövcud fürsətlərdən faydalanmaqda davam edəcək. Bu da Bankın güclü gəlirlilik mövqeyinə, aktivlərinin keyfiyyətinə müsbət təsir göstərəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2024.07.09 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla