Yuxarı

Banklar ipoteka şərtlərini çətinləşdirib - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklar ipoteka şərtlərini çətinləşdirib - Video

Banklar ipoteka şərtlərini çətinləşdirib.

ANS-nin məlumatına görə, bəzi banklar ipoteka şərtləri üçün yaşayış minimumunu hətta 200 manata qədər artırıb. Banklar artımı ilkin ödənişdə də edib. Belə ki, bəzi banklarda qiymət 40 faizə yaxındır.

İqtisadçı Qalib Toğrulun sözlərinə görə, banklar hazırda verdikləri kreditləri yığa bilmədikləri, eyni zamanda, əmanətçilər əmanətlərini banklardan kütləvi şəkildə çəkdiyi üçün onlar linkvidit problemi yaşayır.

"Banklar bu sahədə yaşadıqları problemi ipoteka kreditləri sayəsində kompensasiya etməyə çalışırlar", - deyə Qalib Toğrul əlavə edib.

Bu dəyişiklik ipoteka krediti ilə ev almaq istəyən insanların ümidlərini puça çıxara bilər. Bankların bu qərarına görə, 50 min manatlıq ev almaq istəyən vətəndaşımız ən azı 20 min manat ilkin ödəniş etməlidir.

Eyni zamanda, bəzi banklarda yaşayış minimumunun 200 manat qəbul edilməsi o deməkdir ki, 4 nəfərlik üzvü olan ailə ipoteka krediti almaq üçün ən azı 1300 manat əməkhaqqı olmalıdır.

İqtisadçıların fikrincə, bankların atdığı bu addımın qarşısı alınmazsa, bu hal daşınmaz əmlak bazarındakı durğunluğun daha da güclənməsinə və qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

İpoteka bazarını canlandırmaq üçün ipoteka fondunun maliyyə mənbələrini artırmaq lazımdır. Hazırda ipoteka fondu buraxdığı istiqrazlar və dövlət tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilir.

Prezidentin ötən ilki tapşırığına əsasən ipoteka kreditinin məbləği iki dəfə artırılaraq 100 min manata çatdırılacağı, faiz dərəcələrinin isə iki faiz azaldılacağı gözlənilirdi.

Bununla bağlı müvafiq sənədlərin hökumətə təqdim olunmasına dair Maliyyə Nazirliyi və Mərkəzi Bank dəfələrlə açıqlama verib. Amma həmin təkliflərin nə vaxt reallaşacağı hələ ki, məlum deyil.

Tarix
2016.03.30 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla