Yuxarı

Azərbaycanlı milyarderlərin adı açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı milyarderlərin adı açıqlandı

Forbes Rusiyanın ən zəngin iş adamlarının reytinqinin 13-cü versiyasını açıqlayıb.

ANS-in məlumatına görə, 200 nəfərin adının olduğu milyaderlər siyahısında 5 azərbaycanlının da adı var. Ölkədə yaranmış böhran, beynəlxalq sanksiyalar və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, reytinqdə əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Ən varlı rusiya biznesmenlərinin siyahısına "Novateka" (Новатэка) və "Sibura"nın (Сибура) sahibi Leonid Mixalson başçılıq edir. Nəşrin məlumatına görə, onun sərvəti 14,4 milyard dollar dəyərində qiymətləndirilir.

Siyahıda ikinci yerdə "Alfa-Qrup" şirkətinin sahibi Mixail Fridman qərarlaşıb. Onun büdcəsi isə 13,3 milyard dollar kimi göstərilir.

Reytinqin üçüncüsü "USM Holdings"in rəhbəri Alişer Usmanovdur. Onun sərvəti 12,5 milyard dollar dəyərində qiymətləndirilib.

Azərbaycan əsilli milyarder də təqdim olunan siyahıya düşüb. Belə ki, Rusiyanın ən zənginləri siyahısında Vahid Ələkbərov (Bakı sakini) 8,9 milyard dollar büdcəsi ilə azərbaycanlılar arasında liderdir. Neftin qiymətinin kəskin düşməsi "Lyukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovun gəlirlərinə də təsir edib. Belə ki, o, sonuncu dəfə reytinqdə 6-cı yerdə idisə, indi 9-cu yerdədir.

İkinci və üçüncü varlı azərbaycanlı eyni büdcə ilə 26 və 27-ci yerləri bölüşürlər. Onlar Zarax İliyev və Qod Nisanovdur. Hər ikisinin büdcəsi 1,1 mlrd. dollar azalaraq, hazırda 3,2 milyard dollar təşkil edir.

Keçmiş bakılı Fərhad Əhmədov azərbaycanlılar arasında siyahıda 4-cü, ümumiyyətlə reytinqdə isə 51-ci yerdədir. Onun büdcəsi 1,4 milyard dollar qiymətləndirilir. Fərhad Əhmədovun sərvəti ötən ilki kimi sabit qalıb.

Nəhayət, Rusiyanın beş ən varlılarından biri də bakılı Araz Ağalarovdur. Onun gəlirləri 1,2 milyard dollardır. Araz Ağalarovun sərvəti də 700 milyon dollar azalıb, birdən-birə 9 pillə geriləyərək, həmyerlimiz Rusiyanın ən varlı adamlarının siyahısında 55-ci yerdə möhkəmlənib.

Tarix
2016.04.14 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla