Yuxarı

Nazir IX Astana İqtisadi Forumunda - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astana şəhərində öz işinə başlayan IX Astana İqtisadi Forumunun işinə qatılan Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Forum çərçivəsində Cənubi Qafqaz, Mərkəzi Asiya və digər dövlətlərin iştirakı ilə təşkil olunan regional iqtisadi "dəyirmi masa"da iştirak edib.

Axar.az Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstanın Baş naziri Kərim Məsimov və Beynəlxalq Valyuta Fondunun (BVF) Baş sərəncamçı direktoru xanım Kristin Laqardın sədrliyi ilə keçirilən konfransda region ölkələrinin üzləşdiyi qlobal maliyyə böhranının yeni dalğasının fəsadları nəzərdən keçirilib, yaranmış çağırışlar ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən S.Şərifov Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında xarici iqtisadi şokların ölkənin makroiqtisadi vəziyyətinə mənfi təsirlərini yumşaltmaq məqsədilə görülən tədbirlər, eləcə də həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verib.

Konfrans çərçivəsində S.Şərifov BVF-nin Baş sərəncamçı direktoru xanım Kristin Laqard ilə görüşüb. Görüş zamanı Azərbaycanın makroiqtisadi vəziyyətinin tarazlaşdırılması, neftin qiymətinin azalması şəraitində qonşu dövlətlərdə aparılmış kəskin devalvasiya tədbirləri ilə bağlı olaraq yerli istehsalçıların maraqlarının, habelə ölkənin valyuta ehtiyatlarının qorunması məqsədilə milli valyutanın məzənnəsinin dəyişmiş makroiqtisadi mühitə uyğunlaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar BVF tərəfindən dəstəklənib.

Eyni zamanda, BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə məsləhətləşmələr missiyasının hazırda Azərbaycanla texniki əməkdaşlıq sahəsində mövcud əlaqələri müzakirə etdiyi qeyd olunub və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, aparılan iqtisadi islahatlarda BVF tərəfindən müvafiq ekspertlərin iştirakı və lazımi texniki dəstəyin göstərilməsinə qarşılıqlı maraq ifadə olunub.

Tarix
2016.05.25 / 18:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla