Yuxarı

“GL Group” ilk horizontal quyunun qazılması proqramına start verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“GL Group” ilk horizontal quyunun qazılması proqramına start verdi

GL Group Azərbaycan tarixində ilk dəfə quruda horizontal quyunun qazılmasını nəzərdə tutan özəl qazma proqramına rəsmi olaraq start verib.

Qrupun afilə şirkəti olan Salyan Oil Limited-in Kürsəngi və Qarabağlı yataqlarının dərin qatlarında həyata keçirdiyi bu proqrama 4.000 metrlik vertikal quyunun, 5.000 metrlik dərin vertikal quyunun və horizontal hissəsi ən azı 400 metr olacaq 4.400 metrlik horizontal quyunun qazılması daxildir.

Qazma proqramı Kürsəngi və Qarabağlı yataqlarındakı qazma işlərindəki 14 illik fasiləyə son qoymaqla yanaşı, həm də müasir innovativ texnologiyalardan yararlanaraq hasilatı qaldırmaq üçün strateji fürsətdir.

Bu məqsədlərə çatmaq üçün GL Group tanınmış beynəlxalq və yerli sənaye ekspertlərini proqrama cəlb edərək eyni zamanda lokal və qlobal podratçı təşkilatlarla strateji əməkdaşlığı təmin edib. Bu, dünyanın ən qabaqcıl təcrübələrinin proqramın hər bir mərhələsində tətbiqinə, məhsuldarlığın yüksəldilməsinə, əməliyyatların səmərəliliyinin artırılmasına və mümkün risklərin azaldılmasına imkan verəcəkdir.

“GL Group” haqqında:

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir.

GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.

Tarix
2025.04.04 / 08:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Bu adamyeyənlər Azərbaycanla sülh istəmirlər

Azərbaycan niyə Sülh Şurasına üzv oldu?

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

Elçin Əmirbəyov Şekerinska ilə sülh prosesini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla