Yuxarı

Mərkəzi Bankın məktubu QHT-ləri bir birinə vurdu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərkəzi Bankın məktubu QHT-ləri bir birinə vurdu

Kommersiya banklarına Mərkəzi Bankın Baş direktoru Rəşad Orucovun imzası ilə qeyri-hökumət təşkilatlarının bank hesablarına pulların hansı şəkildə qəbul edilməsi ilə bağlı məktub daxil olub. Məktubda kommersiya banklarına qrant müqaviləsi üzrə müqavilələri qeydə alınmayan QHT-lərin bank hesablarına pul qəbul edilməməsi ilə bağlı göstəriş verilir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Mərkəzi Bankın bu tələbinin Konstitusiyanın tələblərinə zidd olduğunu bildirdi: "Mərkəzi Bankın belə bir məktub göndərməsi gözlənilən idi. Çünki müvafiq qanunvericilikdə müəyyən dəyişikliklər olmuşdu, amma məktubu yazan Mərkəzi Bank bir qədər savadsızlıq edib və ciddi səhvlərə yol verib. Məktubu oxuyanda anlayırsan ki, bu qanun geri şamil olunur. Yəni qanun qəbul olunana qədər olan müddət ərzində bağlanmış müqavilələrə də aid edilir. Bu isə Konstitusiyanın tələblərinin birbaşa pozulmasıdır. Bizdə qanunun ağırlaşdırıcı hallarının geriyə şamil edilməsi qəti qadağandır".

Ekspert hesab edir ki, bu tələb həm kommersiya banklarının, həm də QHT-lərin fəaliyyətində bir sıra praktik problemlərə gətirib çıxarır: "Öncə onu deyim ki, bağlanmış qrant müqaviləsi üzrə yalnız bir bildiriş verilir. Amma pulun köçürülməsi hissə-hissə olur. Yəni bu məbləğ hər ay da köçürülə bilər, ildə iki dəfə də. Bankların bir çoxu bilmir ki, hər köçürmə üçün bildiriş lazımdır, ya yox. Qeyd etdiyimiz məsələ isə məktubda izah edilmir. Digər problem dövlət qrantları ilə bağlanır. Dövlət qrantı bağlandığı zaman bütün məlumatları Ədliyyə Nazirliyinə qarşı tərəf göndərməlidir və bu onun borcudur. Bu zaman isə QHT-yə heç bir bildiriş verilmir. Amma banklar istənilən QHT üçün gələn vəsaitə görə bildiriş tələb edir. Məhz buna görə də Mərkəzi Bankın yazdığı məktubda qanunvericiliyə uyğun hazırlanmayıb".

Tarix
2014.02.25 / 11:49
Müəllif
Tural İbadov
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla