Yuxarı

Azərbaycandan ixrac olunan neft çirklidir? - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan ixrac olunan neft çirklidir? - Açıqlama

BTC Co. şirkətinə BTC ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olub. BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib.

Bunu Axar.az-a açıqlamasında “BP-Azərbaycan”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, bu qiymətləndirmələrin nəticəsi göstərib ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğundur:

“Əlavə olaraq, Ceyhan terminalındakı çənlərin içərisindəki xam neftin keyfiyyətinin qiymətləndirilməsi işləri də aparılmışdır. Nəticədə bəzi çənlərdə xam neftin tərkibində üzvi xloridlərin mövcudluğu müəyyən edilmişdir. Dərhal müvafiq tədbirlər görülmüş və həmin çənlər təcrid edilmişdir. Məsələnin araşdırılması və tam aradan qaldırılması üçün işlər aparılır.

Hazırda Ceyhan terminalında xam neftin tankerlərə yüklənməsi əməliyyatları davam edir və bu əməliyyatlar yalnız keyfiyyəti qəbul olunmuş və spesifikasiyaya uyğun kimi qiymətləndirilmiş çənlərdən həyata keçirilir.

Həmçinin BTC boru kəməri vasitəsilə ixrac əməliyyatları da davam edir.

BTC Co. həmçinin bildirir ki, müəyyən müddət ərzində Ceyhan terminalında hər bir yeni yüklənən tankerdəki xam neftin keyfiyyətinin qəbul olunmuş spesifikasiyalara uyğunluğuna əminlik məqsədilə yükləmə öncəsi nümunələr yoxlanılacaq”.

Qeyd edək ki, “Blumberq“ BTC vasitəsilə Azərbaycandan ixrac olunan xam neftin tərkibində neftayırma zavodlarının avadanlıqlarına ziyan vura biləcək orqanik xloridlərin aşkarlanması ilə bağlı məlumat yayıb.

Tarix
2025.07.24 / 16:27
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

Paşinyan Trampla Qafqazdan danışdı

Xəzərin hüquqi statusu haqqında Konvensiya... - Arakçı

İlham Əliyev müharibəni də, sülhü də qazandı - Video

Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla