Yuxarı

“Joğovurd” qəzeti: 6 erməni hərbçi yaralandı

Ana səhifə Konflikt
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Joğovurd” qəzeti: 6 erməni hərbçi yaralandı

Bu il noyabrın 15-də Ermənistanın 6 hərbi qulluqçusu hələ ki, açıqlanmayan səbəbdən yaralanıb.

Report-un xəbərinə görə, bu barədə Emənistanın "Joğovurd" (Xalq) gündəlik qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, hərbçilərdən ikisinin vəziyyəti ağırdır.

"Joğovurd" qəzeti Ermənistanın müdafiə naziri Viqen Sərkisyana 2-si ağır olmaqla, 6 hərbi qulluqçunun yaralanması hadisəsinin hansı şəraitdə və harada baş verdiyi barədə sual verib. Lakin müdafiə naziri belə hadisənin baş vermədiyini və belə bir hadisə haqqında ona məruzə edilmədiyini bildirib.

"Joğovurd" qəzeti daha sonra qeyd edir ki, əslində, həmin gün, yəni noyabrın 15-də 2 hərbi qulluqçu ağır bədən travmaları ilə hospitala yerləşdiriliblər. İrəvandakı Hərbi hospitalda Qarabağdan olan Gevorq Seyranoviç Dadasyan və Ermənistanın Kəvər şəhər sakini Roman Araovic Sukiasyan müalicə olunur.

Ermənitan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Gevorq Altunyan isə bildirib ki, qeyd olunan hərbi qulluqçular müxtəlif vaxtlarda, ayrı-ayrı şəraitdə yaralanıblar. Məlumata görə, Qarabağdan olan Gevorq Seyranoviç Dadasyan bir gözünü itirib.

Tarix
2016.11.19 / 20:29
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla