Yuxarı

Rusiya sualtı qayıqları NATO gəmilərini nəzarətə götürdü

Ana səhifə Konflikt
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya sualtı qayıqları NATO gəmilərini nəzarətə götürdü

Avropanın şərqində silahlanma yarışına girən Qərb-Rusiya mübarizəsi artıq Aralıq dənizinə çatıb.

Axar.az xəbər verir ki, Rusiyanın Əsəd rejiminə dəstək üçün “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisini Şərqi Aralıq dənizindəki Tartus limanına göndərməsi NATO-nu hərəkətə gətirib.

Alyans Kipr sahillərindəki döyüş gəmiləri ilə nəzarəti gücləndirib. Bu döyüş gəmiləri arasında Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi də var. Qərb mediasında yayılan xəbərlərə görə, hazırda NATO gəmilərinin altında Rusiyanın iki sualtı qayığı növbə çəkir.

Bölgədəki ABŞ döyüş gəmiləri də Moskvanın sualtı qayıqlarını axtarmaqla məşğuldur. Siciliya adasından havaya qalxan ABŞ-ın “Poseydon P-8” döyüş təyyarələri Aralıq dənizi üzərində tez-tez uçuşlar keçirərək bu axtarışlara qoşulub.

Qeyd edək ki, Rusiyanın bölgədəki “Oskar II” sualtı qayığı “Daşıyıcı qatil” adı ilə tanınır. 18 min tonluq bu qayığın şəxsi heyəti 100 nəfərdən ibarətdir.

Tarix
2016.12.13 / 11:57
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla