Yuxarı

Unudulmaz, gözəl, doğma Nəcibə... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bənzərsiz aktrisamız Nəcibə xanım Məlikovanın doğum günüdür.

Axar.az xatırladır ki, o, 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943), daha sonra isə Gəncə Dövlət Dram Teatrında çalışıb.

Məlikova Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman) və başqa əsərlərdə rol alıb.

Nəcibə xanım Azərbaycan kinosunda unudulmaz rolların ifaçısı kimi yadda qalıb. Bunlara "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarını misal göstərmək olar.

Azərbaycan tamaşaçısı onu daha çox ögey ana obrazı ilə xatırlasa da, Nəcibə xanım bütün rollarda doğma və əvəzedilməz idi.

O, 1959-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1974-cü ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Qeyd edək ki, Nəcibə Məlikova 1992-ci il iyulun 27-də vəfat edib.

Tarix
2016.10.25 / 16:15
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla