Yuxarı

40 dəfə ölüb-dirilən tanınmış adam

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
40 dəfə ölüb-dirilən tanınmış adam

Akytorların filmlərdə başlarına gəlməyən hadisələr qalmır - başlarına olmazın iş gələn məhşurlardan bəziləri ölür, bəziləri yenidən həyata qayıdır və hətta qorxunc məxluqa çevrilə bilirlər. Bəs görəsən, məşhur aktyorlardan kimlər aldığı rollarda daha çox ölüblər?

Leanardo Di Kaprio

Dünya şöhrətli aktyor, "Titanik" filminin baş qəhrəmanını canlandıran Leanardo Di Kaprio indiyədək rol aldığı filmlərdə nə az, nə çox - düz 9 dəfə ölüb. Aktyorun ən təsirli oynadığı ölüm səhnəsinin isə "Titanik" filmində canlandırdığı obrazda olduğu bildirilir.

Bryus Villis

Ən çox həyacanlı obrazları ilə yadda qalan aktyor Bryus Villis oynadığı obrazların əksəriyyətində ölüb. Bu, aktyorun dəvət aldığı filmlərin daha çox dalaşqan, hərəkətli filmər olması ilə əlaqədardır. O, bu günə qədər rol aldığı filmlərin 11-ində ölüb.

Tim Kerri

Tim Kerri də aldığı rollarda çox ölən aktyorlar sırasındadır - bu günə qədər filmlərində 11 dəfə ölüb.

Conni Dep

Rolları ilə qızların qəlbini fəth edən Conni Dep də canlandırdığı obrazlarda 12 dəfə ölüb.

Robert De Niro

Oynadığı obrazlarda düz 17 dəfə ölən aktyor Robert De Niro demək olar ki, bütün filmlərdə baş rolda olub.

Qeri Bruzi

Qorxu filmlərinin çoxluq təşkil etdiyi aktyor Qeri Bruzi filmlərində 19 dəfə dünyadan köç etməyə məcbur olub.

Mikki Ruk

Gənclik illərində qız fanatlarını öz cazıbəsi ilə cəlb edən aktyor Mikki Ruk da çəkildiyi filmlərdə 19 dəfə ölüb.

Jon Bin

Əsrarəngiz gülüşü ilə seçilən Jon Bin isə filmlərində digər aktyorlarla müqayisədə bir qədər çox, yəni 25 dəfə ölüb.

Con Hart

Ölmək üzrə rekord qıran aktyor isə nurani üz cizgilərinə sahib Con Hartdır. Demək olar ki, indiyə qədər onun qədər "ölən" olmayıb. O, aldığı rollarda 40 dəfə bu dünyanı tərk etməli olub.

Tarix
2013.11.06 / 22:40
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla