Yuxarı

Reallığa dayanan 5 dəhşət filmi - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Reallığa dayanan 5 dəhşət filmi - Video

Evimizdə, yaxud kinoteatrlarda qorxu filminə baxdıqdan sonra özümüzü ələ almaq üçün izlədiyimizin sadəcə bir film olduğunu özümüzə xatırladırıq.

Axar.az xəbər verir ki, haqqında danışacağımız dəhşət filmləri həqiqətən də baş vermiş qan donduran hadisənin motivləri əsasında çəkilib.

"Təpənin gözləri"

Film Etel Karter və həyat yoldaşı Bob Karterin evlilik ildönümlərini qeyd etmək üçün ailəlikcə çıxdıqları səyahətlərinin kədərli sonundan bəhs edir. Bu səfərdə qızları Brenda, oğulları Bobbi, böyük qızları Linn, Linninin həyat yoldaşı Douq, ikilinin qız körpələri Katerina, eləcə də "Gözəl" və "Canavar" adlarıyla tanınan alman çoban itləri də onlara yoldaşlıq edir. Bob bir Meksika çölünü daha yaxından görmək istədiyi üçün avtomobili əsas yoldan çıxarır. Bir benzindoldurma məntəqəsindən öyrəndikləri yolla səyahətə davam edən ailə getdikcə tamamilə kimsəsiz bir bölgəyə gəlib çıxır. Avtomobilin təkərləri partlayıb qəzaya səbəb olunca, ailədəki iki nəfər kömək tapmaq üçün qrupdan bir müddətlik ayrılır. Ancaq mədəni ailənin düşdüyü bu çöllük bir vaxtlar Amerika hökumətinin bölgədəki mədənləri və işçiləri heçə sayaraq nüvə təcrübələri həyata keçirdiyi bölgədir. Bu nüvə təcrübələrindən sonra sağ qalanlar isə hamının tərk elədiyi, insan əti ilə qidalanan mutasiyaya uğramış varlıqlardır.

Film XV və XVI əsrlərdə əfsanə olan, tapılana qədər Şotlandiyada bir mağarada yaşayan və ətrafdan keçən azı min nəfəri yemiş Soney Binin ailəsinin həyatından təsirlənərək çəkilib. Mədəniyyətdən uzaqlaşan və qohum evliliklərindən dolayı mutasiya keçirmiş, 14 uşaq, 32 nəvədən ibarət olan adamyeyən ailənin yeri tapıldıqdan sonra etdiklərinə görə heç bir peşmanlıq hiss etmədikləri aydınlaşır. Ailə məhkəməyə belə çıxarılmadan dirəklərə bağlanılaraq yandırılır.

Ssenarisini real həyatdan götürmüş digər 4 filmdən bəhs edən videonu təqdim edirik:

Tarix
2016.11.15 / 00:52
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla