Yuxarı

Gülağa tənha “reket jurnalist”dən şikayət etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış iş adamı-xeyriyyəçi, şair Gülağa Tənha “reket jurnalist”lərin şantajına məruz qalıb.

Bu barədə Modern.az-a onun özü məlumat verib. O, jurnalist adına ləkə gətirən həmin şəxslərə bəzi məmurlar və hüquq-mühafizə işçilərinin himayədarlıq etdiyini vurğulayıb:

“Təxminən 2008-ci ildə iki gün öncə həbs olunan, jurnalist adına ləkə gətirən Surxay Əliyev (“Bizim dövr” qəzetinin baş redaktoru - red.) məni və yaxınlarımı şantaj etməyə başladı... Naməlum və dövlət əleyhinə olan proyektləri maliyyələşdirməyi tələb etdi... Mən rədd cavabı verdim! Mənim və yaxınlarım haqqında heç bir məntiqi və mənası olmayan iyrənc məqalələr yazıldı... Hüquq mühafizə orqanları bu faktlara göz yumdular...”

Gülağa Tənha bildirib ki, bəzi məmurlar dövlətin maraqlarını deyil, öz şəxsi maraqlarını güdür... Və nəticədə Azərbaycan mətbuatını çirkaba yuvarlayırlar.

İş adamı məsələ ilə əlaqədar ölkə başçısına və aidiyyəti qurumlara müraciət edərək, qondarma mətbuatla mübarizənin sərtləşdirilməsini istəyib.

Tarix
2016.12.09 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla