Yuxarı

Gənclərimiz tamaşaçılara unudulmaz anlar yaşatdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-də təşkil olunan növbəti kamera konserti maraqlı ifalarla yadda qalıb.

Kult.az xəbər verir ki, səhnəyə çıxan Azərbaycanın gənc musiqiçiləri - bir sıra beynəlxalq müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü, hazırda İtaliyanın Ozimo şəhərində təhsil alan Məhərrəm Hüseynov (bariton), İtaliyanın Milan şəhərindəki “La Scala” Akademiyasında təhsilini davam etdirən Azər Rzazadə (tenor), “La Scala” Akademiyasının uşaq xorunun üzvü olan 9 yaşlı italiyalı Canluicci Sartori (tenor) və Y.Obraztsova adına Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova (soprano) S.Raxmaninov, C.Puccini, G.Hendel, A.Məlikov, A.Zeynallı və F.Bədəlbəylinin unudulmaz əsərlərini ifa ediblər.

Musiqiçiləri pianoda beynəlxalq müsabiqələrin qalibi, Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetinin məzunu Müşfiq Quliyev müşayiət edib.

Tamaşaçılara unudulmaz anlar yaşadan konsert alqışlarla qarşılanıb.

Tarix
2017.08.02 / 19:58
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla