Yuxarı

İlqar Cahangir teatrların çətin durumundan danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Azadlıq" radiosunun "Pen klub" verilişində "Oda" teatrının bağlanması mövzusunda debat olub.

Verilişin qonaqları teatrın təsisçisi və redaktoru Elmin Bədəlov, teatrın aktyoru Nihad Qulamzadə olub, debata telefonla qoşulan əməkdar artist İlqar Cahangir də bu mövzuda öz fikirlərini bildirib.

İlqar Cahangirin fikirlərini təqdim edirik: "Teatrlara azca dəstək olsalar, teatrlar özünü saxlayar. Teatrlardan kommunal xərclər, vergi alınmamalıdır. Azərbaycan Dövlət Dram Teatrının binasının yanındakı bütün binalarda işıq yanır, bircə teatr binasında başqa.

Teatr canlı sənətdir. Ədəbiyyat azad mövzularda yazır, amma onu səhnəyə gətirmək çətin olur. Bu gün Azərbaycan teatrında müasirlik yoxdur. İctimai-siyasi məsələləri səhnəyə gətirmək olmur. Ölkədə müstəqil teatrlar yaranmalıdır. Gürcüstanda, Türkiyədə belə teatrlar çox, bizdə isə yoxdur. Belə deyək ki, hələ başlamayıblar.

İnkişaf gedir, həyat davam eləyir, 20 ildə yüzlərlə idman zalları tikilib, bircə dənə də teatr tikilməyib. Hər küçədə, hər məhəllədə teatr olmalıdır. Əyləncə mərkəzləri, kafelər sonsuz sayda, teatrlar yox səviyyəsindədir.

Hər yerdə teatr yaranmalıdır, xalq teatrları olmalıdır.

Bu gün gənclər tam başqa cür dünya görürlər, bu günün gəncləri teatrları daha azad, daha müstəqil görmək istəyirlər. Bu günün gənclərinin teatrları yox dərəcəsindədir.

Bu günün Hacı Qarası, bu günün Otellosunun obrazı yaradılmalıdır, bu günün Romeosunu, Ezopunu oynamaq lazımdır səhnədə. Dövlət teatrlarında buna şərait yoxdur.

Vəziyyəti dəyişməkçün işləmək lazımdır, sadəcə, işləmək".

Tarix
2013.11.28 / 20:27
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla