Yuxarı

Rotaru: “Putin mənə də pasport versə…” - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və SSRİ Xalq artisti Sofiya Rotaru geniş müsahibə verib.

Axar.az İnforesist.org-a istinadən xəbər verir ki, Ukraynada doğulan 67 yaşlı moldovan əsilli Sofiya Rotaru bu ölkənin müstəqillik günündə İnstaqram səhifəsində oğlu Ruslanla birlikdə dövlət bayrağına bürünərək, "Yaşasın Ukrayna!" şərhli şəkili paylaşıb. Bundan sonra SSRİ-nin xalq artistinin Rusiyanın üç şəhərində planlaşdırdığı konsertinə qadağa qoyulub. Məsələyə münasibət bildirən Rotaru bu cür yanaşmaya görə təəssüfləndiyini bildirib.

Siyasətdən daim uzaq olduğunu xatırladan məşhur sovet müğənnisi bildirib ki, əslində Ukrayna və Rusiya arasında baş verən hadisələr onu olduqca üzür. Qeyd edək ki, Rotaru uzun illər Krımda yaşayıb və yarımadanın anneksiyasından sonra onun Rusiyaya qarşı etiraz etməsi barədə xəbərlər yayılıb. Bu məqama da toxunan Rotaru xatırladıb ki, onun belə niyyəti olmayıb və Rusiya jurnalistləri onun fikirlərini təhrif edib. Əlavə edib ki, fransalı aktyor Jerar Departye kimi Putin ona da Rusiya pasportu hədiyyə edərsə, məmnuniyyətlə götürər.

Rotaru sonda diqqətə çatırıb ki, o, SSRİ müğənnisidir və bu arealda yaşayan hər pərəstişkarı onun üçün əzizdir.

Tarix
2014.09.15 / 00:15
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla