Yuxarı

Nazirlik Nicat Kazımovu mükafatlandırdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Nicat Kazımovu mükafatlandırdı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomuna layiq görülüb.

Axar.az xəbər verir ki, o bu diploma sözügedən nazirlik tərəfindən həyata keçirilən "Tarixin canlı səhifələri" I və II Gənclər Festivallarında rejissor işinə görə təltif edilib.

I Gənclər Festivalı cari ilin may ayında ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümündə Şəki şəhəri "Xan sarayı"nda, II Gənclər Festivalı isə avqust ayında Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğunda baş tutub.

Tarixi rekonstruksiya formatında təşkil edilən festivalların əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin də iştirak etdiyi bədii-xroniki səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş anlarını gənclərə əyani şəkildə çatdırmaqdır.

Qeyd edək ki, festivallar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.7 yarımbəndini icra etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən reallaşdırılıb.

Tarix
2014.12.08 / 17:12
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla